Cəlilabadda tanışını bıçaqlamaqda təsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 8 Dekabr 2023 17:08

Cəlilabadda tanışını bıçaqlamaqda təqsirləndirilən Əli Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Həsənov aralarında yaranmış mübahisə zamanı tanışı Natiq Abbasovu bıçaqlayıb. N.Abbasov xəstəxanaya yerləşdirilib. Ə.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər