- 21:57
Goranboyda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İntiqam Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.
Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə Goranboy rayonu Nadirkənd kəndində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü İntiqam Cəfərovun idarə etdiyi avtomobilin divara çırpılması nəticəsində Nadirkənd sakini, 1987-ci il təvəllüdlü Abdıyev Natiq Əhməd oğlu ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə