Bakıda tanışının qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 10 İyul 14:03

Bakıda tanışının qətlində təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 23-də keçiriləcək.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü Rəşid Babayev Bakının Maştağa qəsəbəsi ərazisində 1974-cü il təvəllüdlü Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirib. Roman Əsgərov növbəti gün müalicə aldığı xəstəxanada ölüb. R.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər