Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 15 Avqust 11:17

Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Mireyvaz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Samirə Məmmədlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mireyvaz Məmmədov Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər