- 13:52
"Femida Könüllüləri Təşkilatı yarananda biz qısa müddət ərzində bu qədər ciddi uğur əldə ediləcəyini gözləmirdik".
E-huquq.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.
O bildirib ki, təşkilat qısa müddətdə özünü təsdiqləyə bilib.
"Bu gün Femida Könüllülələri həm də hüquqşünas könüllülərdir. Çünki hüquqşünaslıq təkcə peşə deyil, həm də sosial məsuliyyət deməkdir. Bir hakim qərar qəbul etdikdə, bir vəkil hüquqi yardım göstərdikdə ədalət hissini itirməməlidir. Bu da sosial məsuliyyətdən irəli gəlir. Bu gün Femida Könüllülərinin fəaliyyəti onlara bir çox imkanlar açır. Bu fəaliyyət gənc hüquqşünaslarımızın karyera yüksəlişi baxımından mühüm rol oynayır və insan resursu potensialını ortaya qoyur. Biz də uğurlu gəncləri öz sıramızda görmək istəyirik. İnanıram ki, Femida Könüllüləri gələcəkdə də Azərbaycanın hüquq sisteminə ciddi töhfə verəcək”, - deyə nazir müavini qeyd edib.
Şəbnəm Mehdizadə