"Azəriqaz" Qarabağın qazlaşdırılmasına dair planlarını açıqlayıb


  • 22 Oktyabr 2021 11:51

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq hazırdır".

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu proqram 4 mərhələdə həyata keçiriləcək.

"Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək", - deyə o, qeyd edib.

Baş direktor qeyd edib ki, artıq magistral şəbəkənin layihələndirilmə prosesi gedir və qazlaşdırmasına gələn ildən başlanıla bilər.

Oxşar xəbərlər