Ölkənin qərb rayonlarında güclü külək əsir - FAKTİKİ HAVA


  • 20 İyun 20:18

Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin qərb rayonlarında hazırda güclü külək əsir.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21 m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil edir.

Oxşar xəbərlər

  • 19 İyul 12:21
Sabahın hava proqnozu
  • 18 İyul 12:39
Sabahın hava proqnozu