- 20:33
"Arbitraj ən qədim mübahisə həlli metodudur və insan bəşəriyyətinin yaratdığı ən sivil mədəni həll yoludur. Bu metod etibar və qanunun aliliyinə əsaslanır. Arbitr isə inamı təmin edən sülhün sənətkarıdır".
E-huquq.az xəbər verir ki, bu sözləri Avropa Şurasının keçmiş Prezidenti və Belçikanın keçmiş baş naziri Şarl Mişel Bakı Arbitraj Mərkəzinin açılış mərasimində deyib.
O bildirib ki, arbitraj mübahisələrin hörmət və rəğbət yolu ilə həll oluna biləcəyini göstərir: "Bu metod məsələlərə aydın və müəyyən bir həll təqdim edir, həmçinin tərəflər arasında ədalət və bərabərlik prinsipini qoruyur".
Humay Eminqızı