Bakıda koronavirus aşkarlanması səbəbindən 4 sinif distant təhsilə keçdi


  • 21 Sentyabr 2020 21:53

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Təhsil Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib.

Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Oxşar xəbərlər