- 22:04
İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 20 fələstinli həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hücumlar Tel əl-Hava, Sabra, Derej, Nəsr məhəllələri, Rəfah şəhəri, Nusayrat Qaçqınlar Düşərgəsi, İtalyan Qülləsi yaxınlığı, Şeyx Radvan şəhəri kimi bölgələrini əhatə edib.
Eyni zamanda qaçqınların məskunlaşdığı ərazilər və çadırlar da İsrail ordusunun hədəfi olub.
Həyatını itirənlər arasında uşaqlar da olub.
Humay Eminqızı