- 22:04
Türkiyənin 81 şəhərində miqrant qaçaqçılarına qarşı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, ölkə üzrə həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində miqrant qaçaqçılığı ilə məşğul olan 46 şübhəli şəxs saxlanılıb.
Onlardan 8-nin əcnəbi olduğu bildirilir.
"Biz bütün sərhədlərimizdə, bütün sərhəd qapılarımızda, vətənimizin hər yerində, 81 vilayətdə qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə və fasiləsiz səylə mübarizə aparırıq", - deyə Yerlikaya qeyd edib.
Əməliyyatlarla bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə