- 22:04
Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən Nemport Limanının konteyner sahəsində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında konteynerlərin emal edildiyi ərazidə baş verib.
Yanğının səbəbi hələlik müəyyən olunmayıb. Dərhal əraziyə çoxsaylı yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub.
Yanğın nəticəsində bəzi konteynerlər zədələnib.
İzmir Böyükşəhər Bələdiyyəsi hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki, yanğın saat 04:00 radələrində anbar sahəsində başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, yanan konteynerlərdə balıq yağı saxlanılıb. Bu səbəbdən alovlar qısa zamanda ətrafa yayılıb və yaxınlıqdakı otlaq sahəyə də sıçrayıb. Hər iki sahədə alov nəzarət altına alınıb.
Şəbnəm Mehdizadə