- 14:17
Cənubi Koreyada hərbi vəziyyət cəhdi ilə bağlı aparılan məhkəmədə sabiq daxili işlər naziri Lee Sang-minlə bağlı qərar qəbul edilib.
E-huquq.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Seul Məhkəməsinin qərarı ilə sabiq nazir 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, sabiq Prezident Yun Sok Yola-nın 2024-cü ilin dekabr ayında həyata keçirməyə çalışdığı hərbi vəziyyət cəhdində vacib rol oynayıb.
Humay Eminqızı