- 14:15
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda 34 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Məlumata görə, patrul zamanı sahildə miqrantlardan ibarət qrup aşkarlanıb. Saxlanılanlar arasında uşaqların da olduğu bildirilib.
Miqrantlar zəruri prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə