Girne sahillərində batan gəmidə daha bir nəfərin cəsədi tapılıb


  • 13:59

Şimali Kipr Türk Respublikasının Girne sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin cəsədi aşkarlanıb.

E-huquq.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı zamanı tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bununla da hadisə nəticəsində ölənlərin sayı 24-ə çatıb. Daha 4 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, Girne limanı ilə Mersinin Taşucu limanı arasında fəaliyyət göstərən “Filo Jet” sürətli sərnişin gəmisi avqustun 30-da Girnedən yola düşdükdən qısa müddət sonra su almağa başlayıb. Gəmi limana qayıtmağa çalışarkən batıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər