Nepalda daşqınlardan sonra axtarış-xilasetmə işləri dayandırılması narazılığa səbəb olub


  • 13:54

Nepal hökuməti avqustun 26-da Rasuva bölgəsində baş verən daşqınlardan sonra itkin düşən minlərlə şəxsin axtarışı üzrə əməliyyatları dayandırmaq qərarına gəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 1 455 nəfər həyatını itirib, 5 285 nəfərin taleyi isə hələ də məlum deyil. Təxminən 33 min nəfərin zərər çəkdiyi, 7 500-ə yaxın evin dağıldığı və yenidənqurma işlərinin təxminən 4,77 milyard dollara başa gələcəyi bildirilir.

Hökumət bundan sonra diqqəti bərpa və yenidənqurma işlərinə, xüsusilə zədələnmiş yolların və körpülərin təmirinə yönəldəcək.

Qərar itkinlərin ailələri arasında narazılığa səbəb olub. Bəzi ailələr axtarışların davam etdirilməsini tələb etsə də, digərləri yaxınları üçün qiyabi dəfn mərasimləri keçirərək ölüm haqqında şəhadətnamələrin verilməsini istəyib.

Nepal hökuməti isə bunun üçün mövcud qaydalara dəyişiklik edilməsinin zəruri olduğunu bildirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər