- 14:15
Fransada orta məktəblərə dəyən ziyan səbəbindən 30 000 şagird həftələrlə əyani təhsil ala bilməyəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın təhsil rəsmisi Eduard Jeffre məlumat verib.
Parisdə Milli Assambleyanın Mədəniyyət Məsələləri Komitəsi qarşısında liseylərdəki etirazlarla bağlı çıxış edən nazir bildirib ki, etirazlar zamanı 24 liseyin yandırılıb.
Onun sözlərinə görə, həmin məktəblər fəaliyyətini həftələrlə bərpa edə bilməyəcək.
Jeffre nəticədə 30 min şagirdin uzun müddət əyani təhsil ala bilməyəcəyini qeyd edib və məktəblərə dəyən ziyanın məbləğinin on milyonlarla avro təşkil edəcəyinin təxmin olunduğunu vurğulayıb.
Qeyd edək ki, Fransada orta məktəb şagirdləri tərəfindən sentyabrın 17-də təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başladılan etirazlar genişlənərək ölkənin müxtəlif şəhərlərinə yayılıb. Etirazlar başlayandan bəri saxlanılanların sayı 6500-ü ötüb.
Bundan əlavə, etirazlar zamanı orta məktəb şagirdləri, təhsil işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, 1000-dən çox insan xəsarət alıb.
Şəbnəm Mehdizadə