- 15:17
İspaniya hökuməti ölkədə dərinləşən mənzil böhranı fonunda yeni təcili tədbirlər paketini təsdiqləyib.
E-huquq.az xarici KİV-ə istinaədn xəbər verir ki, qərar Madriddə 87 yaşlı qadının evindən çıxarılması və Barselonada mənzil böhranına qarşı keçirilən etirazların zorakılıqla nəticələnməsindən sonra qəbul edilib.
Barselonada keçirilən yürüş zamanı radikal fəallar polislə toqquşub, daş atıb və zibil konteynerlərini yandırıblar.
Mənzil naziri İzabel Rodrigezin açıqladığı tədbirlər həssas qruplar üçün evdən çıxarılmaların 2030-cu ilədək təxirə salınmasını, otaq kirayələrinin tənzimlənməsini, mövsümi kirayələrə yeni vergi tətbiqini və spekulyativ daşınmaz əmlak alışlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Ev sahiblərinə vergi güzəştlərinin verilməsi də planlaşdırılır.
Ölkədə mənzil çatışmazlığı və artan xərclər fonunda etirazçılar kirayəçilərin daha güclü müdafiəsini və alternativ mənzil təqdim edilmədiyi hallarda evdən çıxarılmaların qadağan olunmasını tələb edirlər.
Şəbnəm Mehdizadə