Kollagen əlavələrinin dəriyə faydası ilə bağlı elmi araşdırmalarda ciddi qüsurlar aşkarlanıb


  • 14:10

Qocalma əleyhinə məhsullar arasında populyarlaşan kollagen əlavələrinin dəriyə faydası ilə bağlı elmi araşdırmalarda ciddi qüsurlar aşkarlanıb.

E-huquq.az xəbər verir ki, "Journal of Cosmetic Dermatology" jurnalında dərc olunan yeni icmalda 2021 və 2023-cü illərdə yayımlanmış iki meta-analiz araşdırılıb. Tədqiqatçılar bəzi statistik səhvlər müəyyən edib və məlumatlar düzəldildikdən sonra kollagen qəbulu ilə dərinin nəmliliyi və elastikliyinin yaxşılaşması arasında əhəmiyyətli əlaqə tapılmadığını bildiriblər.

İcmala görə, araşdırmaların böyük hissəsi kiçik miqyaslı olub, iştirakçıların yaşı, kollagen dozaları və müalicə müddətləri arasında ciddi fərqlər mövcud olub. Bundan əlavə, bir çox tədqiqatın sənaye tərəfindən maliyyələşdirildiyi və ya kollagen istehsalçıları ilə kommersiya əlaqəsi olan müəlliflərin iştirakı ilə aparıldığı qeyd edilir.

Mütəxəssislər kollagenin gələcəkdə dermatologiyada rol oynaya biləcəyini istisna etmirlər. Lakin hazırkı sübutların onun təsdiqlənmiş qocalma əleyhinə vasitə kimi təqdim edilməsi üçün yetərli olmadığı vurğulanır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər