- 15:06
ABŞ səfirliyi Rusiyanın İrkutsk vilayətində yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarını yerli səhiyyə orqanlarının tövsiyələrinə əməl etməyə çağırıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin bəyanatında bildirilib.
Bölgədə taun şübhəsi ilə bir nəfərin öldüyü, İrkutskdakı bəzi xəstəxanalarda karantin tədbirlərinin tətbiq edildiyi və bir sıra tibb müəssisələrinin fəaliyyətinin dayandırıldığı barədə məlumatlar yayılıb.
ABŞ vətəndaşlarına mümkün təsirə məruz qalmış tibb müəssisələrinə getməmək, hərarət və ya tənəffüs simptomları yaranacağı təqdirdə dərhal tibbi yardım almaq tövsiyə olunub.
Bölgəyə səfər edən şəxslərdən isə 14 gün ərzində sağlamlıqlarını izləmələri və yerli mediada yayılan məlumatları diqqətlə təqib etmələri istənilib.
Şəbnəm Mehdizadə