Diplomatik qalmaqal: Rusiya ukraynalı diplomatı ölkədən çıxardır


  • 17 Aprel 2021 19:03

Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotilo Sankt-Peterburq şəhərində Baş Konsulluğun konsulu Aleksandr Sosonyukun qanunsuz fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

RF XİN-in məlumatında bildirilib ki, Sosonyukun Rusiyada qalması arzuolunmazdır. Ona aprelin 19-dan etibarən 72 saat ərzində ölkədən getməsi tövsiyə olunur.

Xatırladaq ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) ukraynalı diplomatı hüquq-mühafizə orqanlarının və FTX-nin məlumat bazalarından gizli məlumatlar əldə etdiyi üçün saxlamışdı.

Oxşar xəbərlər