Çinin Tayvan ətrafındakı hərbi təlimləri başa çatdı


  • 10 Avqust 2022 14:32

Çin Xalq Azadlıq Ordusunun Tayvanın ətrafındakı sularda və hava məkanında keçirdiyi hərbi təlimlər başa çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun sözçüsü Şi Yi bildirib.

O, təlimlərdəki tapşırıqların uğurla başa çatdığını və ordunun birgə döyüş qabiliyyətinin effektiv şəkildə sınaqdan keçirildiyini qeyd edib. Həmçinin Tayvan boğazındakı vəziyyəti izləyəcəklərini və mütəmadi olaraq döyüş hazırlığı təlimləri keçirəcəklərini vurğulayıb.

Rəşid Qarayev

Oxşar xəbərlər