- 10:10
Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 6 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, saxlanılan şəxslərdən 4-ü FETÖ, 1-i PKK/KCK/PYD-YPG terror təşkilatının üzvüdür.
Terrorçular Türkiyədən Yunanıstana və Suriyadan Türkiyəyə keçmək istəyərkən ələ keçirilib.
Şəbnəm Mehdizadə