ABŞ-da 1 nəfərdə quş qripi aşkarlanıb


  • 2 Aprel 17:04

ABŞ-ın Texas ştatında bir nəfərdə quş qripi aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Texas ştatının Səhiyyə Xidmətləri Departamenti məlumat yayıb.

Qurum həmin şəxsin inəklərlə təmasda olduqdan sonra pisləşdiyini bildirib.

Qeyd olunub ki, bu, ABŞ-da insanda aşkar edilən ikinci quş qripi faktıdır.

Səlahiyyətlilər keçən həftə Texas və Kanzas ştatlarında inəklərdə quş qripinin aşkar edildiyini açıqlayıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər