- 12:11
Türkiyənin İstanbul şəhərində avtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Sultanqazi rayonunda sərnişin avtobusu hərəkətdə olarkən yolda dayanan tikinti materialları ilə dolu yük maşınına çırpılıb.
Hadisə yerinə polis, yanğınsöndürmə briqadası və təcili tibbi yardım qrupları göndərilib.
Qəzada yaralanan avtobus sürücüsü və 6 sərnişin təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə