Qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərildi


  • 25 Oktyabr 2021 14:55

Sabirabadda qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Sabirabad rayon prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Zaidova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər