Məhkəmədə verilən sualları cavablandırmaq məcburidirmi?


  • 1 İyul 2021 16:29

Əgər vətəndaş iş üzrə cavabdeh, yaxud da iddiaçıdırsa, hakimin ya da qarşı tərəfin suallarına verəcəyi cavabların onun ziyanına şərh olunacağını düşünürsə, cavab verməkdən imtina edə bilər.

E-huquq.az-ın məlumatına görə, vətəndaşın məhkəmədə verdiyi izahat hakimin və yaxud da qarşı tərəfin suallarına verdiyi cavablar elə onun özünə qarşı sübut kimi istifadə oluna bilər. Lakin vətəndaş məhkəmədə ona verilən sualları cavablandırmaq məcburiyyətində deyil. Çünki bu onun konstitusiyon hüuququdur. Heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz.

Lakin şəxs əgər şahid qismində iştirak edirsə, məsələ artıq başqa qaydada həll olunacaq. Çünki şahid məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan hallarla əlaqədar ifadə verməyə borcludur. Şahid hakimin, vəkillərin, nümayəndələrin, tərəflərin suallarına cavab verməlidir. şahidə yalnız iş üzrə əhəmiyyətli olan hallar ilə əlaqədar suallar verilə bilər. Onun işə aid olmayan suallara cavab verməkdən, həmçinin özünə və qohumlarına qarşı ifadə verməkdən imtina etmə hüququ var.

Oxşar xəbərlər