İcra işi üzrə borclunun əmlakının saxlanılma qaydası qanunla necə müəyyən olunur?


  • 9 Mart 2022 17:27

İcra işi üzrə borclunun əmlakının saxlanılma qaydası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, qanuna əsasən, borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə verilir. Əmlakı saxlamaq üçün onu qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər.

Saxlayıcı borclunun özü və ya onun ailə üzvü, hüquqi şəxs olduqda isə onun işçisi deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir.

Saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır.

Oxşar xəbərlər