Apellyasiya şikayəti hansı müddətə verilməlidir?


  • 24 Sentyabr 2022 18:46

Mülki işlər üzrə icraat zamanı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında apellyasiya məhkəmələrinin mülki kollegiyalarına apellyasiya şikayəti verilə bilər.

E-huquq.az-ın məlumatına görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən çıxarılan məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsinin mülki işlər üzrə qərardadlarından isə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Cinayət işlər üzrə icraat zamanı yuxarı instansiya məhkəmələrinə şikayətin verilmə müddətləri
Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, həmin şəxsə verildiyi andan 20 gün müddətində verilməlidir.

Qeyd edilən müddətlərin üzrlü səbəblərdən ötürüldüyü hallarda müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət verilə bilər.

Oxşar xəbərlər