Cinayətə cəhdə görə məsuliyyət


  • 23 Mart 2023 12:21

Diqqətinizə çatdırmaq istərdim ki, cinayət məsuliyyətinə cəlb etmə yalnız törədilib başa çatmış cinayətlərə görə deyil, həmçinin başa çatmamış cinayətlərə görə də ola bilər. Bununla əlaqədar olaraq, cinayətin törədilməsinin 3 mərhələsi mövcuddur:

1. Cinayətə hazırlıq

2. Cinayətə cəhd

3. Başa çatan cinayətlər

Bu məqalədə cinayətin törədilməsinin mərhələlərindən biri olan cinayətə cəhd haqqında məlumat veriləcək. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Cinayət Haqqında” adlanan bölmənin başa çatmayan cinayətlər fəslində cinayətə cəhdlə bağlı 29-cu maddə mövcuddur. CM-in 29-cu mad­də­si­nə gö­rə «Bi­la­va­si­tə ci­na­yət tö­rət­mə­yə yö­nəl­dil­miş qəs­dən edi­lən əməl (hə­rə­kət və ya hə­rə­kət­siz­lik), şəx­sin ira­də­sin­dən ası­lı ol­ma­yan sə­bəb­lə­rə gö­rə ba­şa çat­dı­rıl­ma­mış­dır­sa, ci­na­yət et­mə­yə cəhd he­sab olu­nur».

Cinayət məcəlləsinin müvafiq maddəsini təhlil etdikdə görə bilərik ki, qa­nun­da ci­na­yət et­mə­yə cəh­də ve­ri­lən tə­rif onun ob­yek­tiv və sub­yek­tiv əla­mət­lə­ri­nə əsas­la­nır. Cinayətə cəhdin obyektiv əlamətləri aşağıdakılardır:

1. hə­rə­kət bi­la­va­si­tə ci­na­yət tö­rət­mə­yə yö­nəl­di­lir

2. hə­rə­kə­tin ba­şa çat­ma­ma­sı

3. qəs­din şəx­sin ira­də­sin­dən ası­lı ol­ma­yan sə­bəb­lər üzün­dən ba­şa çat­ma­ma­sı

Hərəkətin bilavasitə cinayət törətməyə yönəldilməsi ilə əlaqədar qa­nu­nun be­lə möv­qe­yi gös­tə­rir ki, ci­na­yə­tə cəhddə tö­rə­dil­mə­si əv­vəl­cə­dən qət edi­lən ci­na­yə­tin fak­ti­ki edil­mə­si­nə baş­la­nılır. Ci­na­yət qa­nu­nu ilə qo­ru­nan ic­ti­mai mü­na­si­bət­lər qis­mən zi­yan çək­miş olur. Elə­cə də, ci­na­yə­tə cəhd edi­lən hə­rə­kət­lər­lə dis­po­zi­si­ya­da gös­tə­ri­lən ci­na­yə­tin ob­yek­tiv cə­hə­ti qis­mən ic­ra edilmiş olur. Mə­s., şəxs baş­qa­sı­nı öl­dür­mək məq­sə­di­lə ni­şan alır, atəş açır. Şəxs baş­qa­sı­nı öl­dür­mək məq­sə­di­lə ni­şan alarkən və ya atəş açarkən cinayətin faktiki edilməsinə başlayır və bununla da qəsdən adam öldürmənin obyektiv cəhəti qismən icra edilir.

ikin­ci ob­yek­tiv əla­mə­ti hə­rə­kə­tin ba­şa çat­ma­ma­sın­da ifa­də olu­nur. Yəni, ci­na­yə­tin ob­yek­tiv cə­hə­ti özü­nün son­ra­kı in­ki­şa­fı­nı da­vam et­di­rə bil­mir. Bu əla­mət ci­na­yə­tə cəh­di ba­şa çat­mış ci­na­yət­dən fərqlən­di­rir. Bu­ra­da ci­na­yə­tə cəh­din bit­miş ci­na­yət­dən fərqlən­di­ril­mə­si, həm də bu növ­dən olan ci­na­yət­lə­rin əla­mət­lə­ri­ni nə­zər­də tu­tan tər­ki­bin qu­ru­lu­şun­dan ası­lı­dır. Əgər ci­na­yət et­mə­yə cəhd mad­di ci­na­yə­tin tö­rə­dil­mə­si­nə yö­nəl­miş­dir­sə, krim­in­al nə­ti­cə baş ver­mir. Be­lə ki, baş­qa­sı­nı öl­dür­mək məq­sə­di­lə od­lu si­lah­dan atı­lan gül­lə zə­rərçə­kə­nə dəy­mir (ya­xud dəy­sə də, onu öl­dür­mür). Qa­nun­da nə­zər­də tu­tu­lan nə­ti­cə – zə­rər­çə­kə­nin ölü­mü baş ver­mir. Be­lə­lik­lə, ci­na­yətə cəhd za­ma­nı hər şey­dən əv­vəl qa­nun­da nə­zər­də tu­tu­lan ic­ti­mai-təh­lü­kə­li nə­ti­cə baş ver­mir. La­kin bu­ra­dan heç də o nə­ti­cə­ni çı­xar­maq ol­maz ki, ci­na­yə­tə cəhddə ümu­miy­yət­lə, nə­ti­cə ol­mur. «Ci­na­yət et­mə­yə cəhd nə­ti­cə­siz ci­na­yət­dir» de­dik­də, şəx­sin məhz ar­zu et­di­yi nə­ti­cə­nin mey­da­na gəl­mə­mə­si nə­zər­də tu­tu­lur. Bə­zi hal­lar­da ci­na­yə­tə cəh­də yol ve­ri­lən hə­rə­kət­lər ci­na­yə­ti ba­şa çat­dır­ma­sa da, mü­əy­yən nə­ti­cə­lər do­ğu­ra bi­lər. Mə­sə­lən, şəx­sin qa­dı­na qarşı quldurluq etməyə yö­nə­lən hə­rə­kə­ti ba­şa çat­ma­sa da, qa­dın be­lə hə­rə­kət­dən bə­dən xə­sa­rə­ti ala bi­lər.

Ci­na­yə­tə cəh­din üçün­cü ob­yek­tiv əla­mə­ti qəs­din şəx­sin ira­də­sin­dən ası­lı ol­ma­yan sə­bəb­lər üzün­dən ba­şa çat­ma­ma­sın­da ifa­də olu­nur. Bu əla­mə­tin mə­na­sı­na gö­rə qəs­din kə­sil­mə­si, ba­şa çat­ma­ma­sı şəx­sin öz tə­şəb­bü­sü ilə, ci­na­yə­ti ba­şa çat­dır­maq­dan im­ti­na et­mə­yə da­ir da­xi­lən qə­bul etdiyi qə­rar­la bağ­lı ol­mur. Qəs­di da­yan­dı­ran be­lə amil­lər şəx­sin ira­də­sin­dən ası­lı ol­ma­ya­raq ya­ra­nır: ci­na­yə­ti ba­şa çat­dır­maq üçün şəx­sin ha­zır­la­dı­ğı alət və va­si­tə­nin ya­rar­sız ol­ma­sı ilə (məs., se­çi­lən, ya­xud da ha­zır­la­nan açar qı­fı­la düş­mür, be­lə­lik­lə qa­pı­nı aç­maq, əm­la­kı oğur­la­maq müm­kün ol­mur), ci­na­yə­tin pred­me­ti­nin ol­ma­ma­sı ilə (məs., seyfdə pul ol­ma­sı­nı zənn edən şəxs sey­fi açır, la­kin ora­da pul ol­mur); zə­rərçə­kə­nin cid­di mü­qa­vi­mət gös­tər­mə­si­lə əla­qə­dar ola bi­lər.

Cinayətə cəhdin subyektiv əlaməti ilə əlaqədar isə qeyd etməliyik ki, Ci­na­yə­tə cəhd sub­yek­tiv cə­hət­dən dü­zü­nə qəsdlə xa­rak­te­ri­zə olu­nur. Düzünə qəsd dedikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25.2 maddəsində anlayışı verilən birbaşa qəsd nəzərdə tutulur: «Şəxs öz əmə­li­nin (hə­rə­kət və ya hə­rə­kət­siz­li­yi­nin) ic­ti­mai təh­lü­kə­li ol­du­ğu­nu dərk et­miş, onun ic­ti­mai təh­lü­kə­li nə­ti­cə­lə­ri­ni qa­baq­ca­dan gör­müş və bun­la­rı ar­zu et­miş­dir­sə, bu hal­da ci­na­yət bir­ba­şa qəsdlə tö­rə­dil­miş he­sab olu­nur». Məsələn: Şəxs kimisə qəsdən atəş açaraq öldürürsə, bu birbaşa qəsd hesab olunur. Əgər hər hansısa bir şəxsin evini yandırarkən evdə kiminsə olmamasını zənn edərək bu əməli törədirsə və bu zaman da evdə olan şəxs ölürsə, bu dolayı qəsd hesab olunur.

İndi isə, cinayətə cəhdin anlayışını digər ölkələrlə müqayisədə diqqətinizə çatdırmaq istərdim:

Türkiyənin cəza qanununa nəzər yetirdikdə müşahidə edə bilərik ki, Türk Cəza Qanununun “Ceza Sorumluluğunun Esasları” adlanan ikinci kısımının üçüncü bölümünün “Suça Teşebbüs” adlı 35-ci maddəsi mövcuddur:

Kişi, işlemeyi kastettiği bir suçu elverişli hareketlerle doğrudan doğruya icraya başlayıp da elinde olmayan nedenlerle tamamlayamaz ise teşebbüsten dolayı sorumlu tutulur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsi ilə müqayisə etdikdə, görə bilərik ki, hər iki ölkədə cinayətə cəhdin obyektiv və subyektiv əlamətləri eynidir.

Rusiya Federasiyasının Cinayət Məcəlləsində cinayətə cəhd cinayətə hazırlıqla birgə 30-cu maddənin tərkibində verilmişdir. Qeyd edilən maddə 3 bənddən ibarətdir. İlk 2 bənd cinayatə hazırlıq, 3-cü bənd isə cinayətə cəhdi özündə ehtiva edir:

3. Покушением на преступление признаются умышленные действия (бездействие) лица, непосредственно направленные на совершение преступления, если при этом преступление не было доведено до конца по не зависящим от этого лица обстоятельствам.

3-cü bəndi Azərbaycan dilinə tərcümə etdikdə, müşahidə edə bilərik ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsində cinayətə cəhdə verilən anlayışla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətə cəhdə verilən anlayış üst-üstə düşür. Burada tək fərq ondan ibarətdir ki, Rusiyadan fərqli olaraq, AR-ın CM-də cinayətə cəhd ayrıca maddədə (29-cu maddə) göstərilib.

Gürcüstanın Cinayət Məcəlləsinin 19-cu maddəsinə baxdıqda da, Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə müqayisə olduğu kimi burada da görə bilərik ki, cinayətə cəhdə verilən anlayış Azərbaycan Respublikası Cinayət Məcəlləsində verilən anlayışla eynidir:

მუხლი 19. დანაშაულის მცდელობა

1. დანაშაულის მცდელობად ითვლება განზრახი ქმედება, რომელიც თუმცა უშუალოდ მიმართული იყო დანაშაულის ჩასადენად, მაგრამ დანაშაული ბოლომდე არ იქნა მიყვანილი.

2. სისხლისსამართლებრივი პასუხისმგებლობა მცდელობისათვის განისაზღვრება ამ კოდექსის შესაბამისი მუხლით, რომლითაც გათვალისწინებულია პასუხისმგებლობა დამთავრებული დანაშაულისათვის, ამ მუხლზე მითითებით.

Cinayətə cəhdin 3 növü fərqləndirilir, bunlar aşağıdakılardır:

1. Bitməmiş cəhd

2. Bitmiş cəhd

3. Yararsız cəhd

Bit­mə­miş cəhddə ci­na­yə­ti ba­şa çat­dır­maq üçün şəxs zə­ru­ri say­dı­ğı hə­rə­kət­lə­rin mü­əy­yən his­sə­si­ni ye­ri­nə ye­ti­rə bil­mir və bu­na gö­rə də ci­na­yət ba­şa çat­mır. Məsələn: A adlı şəxs B-ni öldürmək məqsədi ilə silahı ona qarşı yönəldir. Bu zaman polislərin gəldiyini görərək bu əməli başa çatdırmadan həmin yerdən uzaqlaşır. Belə olduğu təqdirdə bu cinayət cəhdin bitməmiş forması hesab olunur. Çünki, A cinayətin obyektiv cəhətini tam icra edə bilmədi.

Bit­miş ci­na­yət et­mə­yə cəhddə şəxs ci­na­yə­ti ba­şa çat­dır­maq üçün zə­ru­ri say­dı­ğı və ob­yek­tiv ola­raq ci­na­yə­tin ba­şa çat­ma­sı üçün ki­fa­yət he­sab edi­lən hə­rə­kət­lə­ri edir, la­kin onun ira­də­sin­dən ası­lı ol­ma­yan sə­bəb­lər üzün­dən ci­na­yət ba­şa çat­mır. Ci­na­yə­tə cəh­din bu nö­vün­də yol ve­ri­lən hə­rə­kət­lər şəxs tə­rə­fin­dən əla­və səy­lər edil­mə­dən kri­mi­nal nə­ti­cə­ni (ya­xud da ci­na­yə­tin ob­yek­tiv cə­hə­ti­ni) şərtlən­dir­mə­li ol­du­ğu hal­da, ci­na­yət ba­şa çat­mır. Həm də şəxsdə yol ve­ri­lən hə­rə­kət­lə­rin ci­na­yə­ti ba­şa çat­dır­ma­ğa ki­fa­yət edən hə­rə­kət­lər ol­ma­sı­na inam ya­ra­nır. Məsələn: A adlı şəxs B-ni öldürmək üçün odlu silahla atəş açır, lakin düzgün nişan ala bilmədiyi üçün məqsədinə çata bilmir. Bu zaman bu, bitmiş cəhd hesab olunur. Çünki, şəxs adamı öldürmək üçün zəruri olan hərəkətləri etdi, lakin onun iradəsindən asılı olmayan səbəblərdən məqsədinə çata bilmədi.

Ci­na­yət hü­quq nə­zə­riy­yə­sin­də ci­na­yə­tə ya­rar­sız cəhd nö­vü də fərqlən­di­ri­lir. Ya­rar­sız cəhd nö­vü şəx­sin səh­vi ilə bağ­lı olur. Şəxs ya zi­yan ye­tir­mək is­tə­di­yi ob­yektə səhv edir, ya­xud da elə alət və va­si­tə­lər­dən is­ti­fa­də edir ki, bun­lar kri­mi­nal niy­yə­ti hə­ya­ta ke­çir­mə­yə im­kan ver­mir. Ya­rar­sız cəh­d ya­rar­lı cəh­din bü­tün xü­su­siy­yət­lə­ri­nə ma­lik ol­du­ğu üçün ci­na­yət mə­su­liy­yə­ti ya­ra­nır. Ya­rar­sız cəh­din iki nö­vü fərqlən­di­ri­lir:

1. ya­rar­sız obyektə ziyan yetirməyə yönələn cəhd

2. ya­rar­sız va­si­tə­lər­lə zi­yan ye­tir­mə­yə cəhd

Ci­na­yət et­mə­yə cəh­din bu nö­vün­də şəxs öz hə­rə­kət­lə­ri­ni re­al­lıq­da möv­cud olan ob­yek­tə (hə­ya­ta, mül­kiy­yə­tə) is­ti­qa­mət­lən­di­rir, la­kin qəsd ob­yek­ti­nin xü­su­siy­yət­lə­ri haq­qın­da yan­lış tə­səv­vü­rə ma­lik ol­du­ğun­dan məq­sə­di­nə na­il ola bil­mir. Burada 2 hal mövcuddur:

1. Bir hal­da səhv ci­na­yə­tin pred­me­ti­lə əla­qə­dar olur

2. baş­qa hal­da isə zə­rər çə­kən­lə bağ­lı olur

Ci­na­yə­tin pred­me­ti­lə əla­qə­dar olan səhvlərə misal kimi qeyd edə bilərik: Hər hansısa bir şəxs oğurlamaq istədiyi əşyanın A-nın evində olmasını zənn edir, lakin həmin əşyanı orada tapa bilmir.

Zə­rər çə­kən­lə bağ­lı olan olanlara isə öl­müş ada­mı yat­mış he­sab edib, ona qəsd et­məni qeyd edə bilərik.

Ya­rar­sız va­si­tə­lər­lə ci­na­yə­tə cəhd za­ma­nı şəxs ci­na­yət tö­rət­mək üçün elə va­si­tə­lər­dən is­ti­fa­də edir ki, be­lə va­si­tə­lər ci­na­yə­tin edil­mə­si­ni ob­yek­tiv ola­raq tə­min et­mə­yə qa­dir ol­mur. Bunlar da iki yerə bölünürlər:

1. Müt­ləq ya­rar­sız

2. Konkret şə­ra­it üçün ya­rar­sız

Müt­ləq ya­rar­sız olan va­si­tə­lə­rə elə va­si­tə­lər aid edi­lir ki, on­lar heç bir hal­da kri­mi­nal qəs­din hə­ya­ta ke­çi­ril­mə­si üçün ya­rar­lı ol­mur (mə­sə­lən, şəxs öl­dür­mək məq­sə­di­lə zə­rər çə­kə­nə zə­hər əvə­zi­nə zə­rər­siz dər­man to­zu ve­rir).

Konkret şə­ra­it üçün ya­rar­sız olan va­si­tə baş­qa şə­ra­it­də kri­mi­nal niy­yə­tin hə­ya­ta ke­çi­ril­mə­si üçün ya­rar­lı ola bi­lər. (Mə­sə­lən, atəş aç­maq üçün na­saz olan od­lu si­lah­la adam öl­dür­mə­yə cəhd et­mə).

Cinayətə cəhdə görə məsuliyyət:

Ci­na­yə­tə cəh­də hü­qu­qi qiy­mət ve­rər­kən tö­rə­dil­mə­si­nə qət edi­lən ci­na­yə­tə gö­rə mə­su­liy­yət mü­əy­yən edən Xü­su­si his­sə­­nin mad­də­si­nə və CM-in 29-cu mad­də­si­nə is­ti­nad edi­lir. Ci­na­yə­tə cəhd et­mə­yə gö­rə CM-in Xü­su­si his­sə­sinin müvafiq mad­də­si­nin sanksi­ya­sı hü­du­dun­da cə­za tə­yin edi­lir. Məh­kə­mə cə­za tə­yin edər­kən, cə­za tə­yi­ni­nin ümu­mi prin­sip­lə­ri­ni (mad­də 58), ha­be­lə ci­na­yə­tə cəhd et­mə­yə gö­rə cə­za­nın fər­di­ləş­di­ril­mə­si­nə da­ir CM-in 63-cü mad­də­si­nin gös­tə­ri­şi­ni rəh­bər tu­tur.

AR-ın CM-in başa çatmayan cinayətə görə cəza təyin edilməsi adlanan 63-cü maddəsində cinayətə cəhdlə bağlı aşağıdakı müddəalar mövcuddur:

Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır;

Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz;

cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.

Türk Cəza Qanunun cinayətə cəhdə görə məsuliyyət müəyyən edən 35.2 maddəsinə baxdıqda da görə bilərik ki, başa çatmayan cinayətə görə məsuliyyət başa çatan müvafiq cinayətə görə məsuliyyətlə müqayisədə daha yüngüldür.

Həmçinin, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 66-ci maddəsi də başa çatmayan cinayətə görə cəza təyin edilməsi adlanır və AR-ın CM-in 63-cü maddəsi ilə eyni məzmundadır.

Əlisuvar Rüstəmov

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təcrübəçisi

Dövlət İdarəçilik Akademiyası Hüquq fakültəsinin 2-ci kurs tələbəsi

Oxşar xəbərlər