Universitetə ödənilən təhsil haqqı hansı halda geri tələb oluna bilər?

Bəzi tələbələr müəyyən səbəblərdən ali təhsilini yarımçıq qoyur


  • 12 Dekabr 2019 16:44

Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan kifayət qədər tələbə var. Ancaq bəzi hallarda tələbələr təhsillərini yarımçıq qoymağa məcbur olur. Bunun müxtəlif səbəbləri olur - xaricə köçmək, səhhətlə bağlı problem və digər məsələlər bura daxildir. Bəs bu halda əvvəlcədən təhsil müəssisəsinə ödənilən pul geri qaytarıla bilərmi? Və yaxud ödənilən pulun qaytarılması hansı hallarda nəzərdə tutulub?

Mövzu ilə bağlı e-huquq.az-ın sualını hüquqşünas Nemət Ağalarov cavablandırıb.

Onun sözlərinə görə, tələbənin müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) təhsilini davam etdirməsi mümkün olmadıqda, qabaqcadan ödənilmiş təhsil haqqından universitetdən azad olunma əmri verilən tarixədək əvvəlcədən ödənilmiş məbləğdən tələb olunan təhsil haqqı çıxılır və qalan hissə valideynin (himayəçinin) müraciətinə əsasən geri qaytarılır: "Bu o deməkdir ki, misal olaraq, 3 mart tarixində şagirdin azad olunma əmri verilmişsə, 3 mart tarixinədək tələb olunan təhsil haqqı əvvəlcədən ödənilmiş məbləğdən çıxılır, qalan məbləg geri qaytarılır".

Hüquqşünas onu da qeyd edib ki, bu məsələlər Azərbaycan Respublikasının "dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi" qaydaları ilə müəyyən edilir.

Oxşar xəbərlər