- 14 May 14:25
Vətəndaşların bəzi hallarda gecə vaxtı məşiət səs-küyünə görə istirahət hüququ pozulur. Və bu, haqlı narazılığa səbəb olur. Bəs bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə nə nəzərdə tutulur?
E-huquq.az xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, məcəlləyə görə, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fikizi şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.