İcarə müqaviləsinə vaxtından əvvəl xitam verilərsə, sahibkar hansı addımı atmalıdır?

Hər hansı bir obyektin icarəyə verilməsi zamanı yaşanan problemlərdən biri də tərəflərdən birinin icarə haqqında müqaviləyə vaxtından əvvəl xitam verməsi ilə bağlı olur


  • 16 Dekabr 2019 17:15

Hər hansı bir obyektin icarəyə verilməsi zamanı yaşanan problemlərdən biri də tərəflərdən birinin icarə haqqında müqaviləyə vaxtından əvvəl xitam verməsi ilə bağlı olur. Bir çox hallarda bu, sahibkarların narazılığına səbəb olur. Bəs, sahibkar onun razılığı olmadan qarşı tərəf müqaviləyə xitam verirsə, nə etməlidir?

Vəkil Könül Əliyeva e-huquq.az-ın mövzu ilə bağlı sualını cavablandırıb. Onun sözlərinə görə, belə hallarda müqavilənin şərtləri mühüm rol oynayır.

“Kimsə müqaviləyə vaxtından əvvəl xitam vermək istəyirsə, 1 ay öncə və ya müqavilənin şərtlərinə uyğun olaraq, 2 ay öncə bu barədə məlumat verməlidir. Bununla bağlı rəsmi müraciət edilməlidir. Sahibkar vaxtından əvvəl müqaviləyə xitam verilməsi ilə razı deyilsə, bu zaman məsələyə məhkəmə qaydasında baxılır. Həmin müddətdə də kirayə haqqı ödənilir. Təzminat məsələsinə gəlincə isə, bu da müqavilədə qeyd olunan şərtlərdən asılıdır. Ola bilər ki, müqavilədə bu barədə qeyd olunsun ki, vaxtından əvvəl müqaviləyə xitam verildikdə filan məbləğdə təzminat ödənilməlidir. Yox, əgər belə bir şərt irəli sürülməyibsə, artıq məsələyə məhkəmə qaydasında baxılmalıdır”, - deyə vəkil qeyd edib.

Oxşar xəbərlər