- 9 Oktyabr 14:23
"Hər hansı cinayət və ya mülki işlərə baxılan zaman bizlər şahid qismində məhkəmə və ya istintaq orqanına çağırılırıq. Şahidlik etmək şəxsən bizə hər hansı maddi üstünlük vermir. Əksinə şahidlik etmək üçün məhkəməyə və ya istintaq orqanına gedərkən nəqliyyat, otel və yemək xərcləri çəkmiş oluruq".
E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.
O bildirib ki, qanunvericiliyə əsasən, şahidin cinayət və ya mülki prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə görə kompensasiya almaq lazımdır.
"Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilib. Şahidlərə məhkəməyə gəlməklə əlaqədar ödənilən məbləğ onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir", - deyə vəkil qeyd edib.
Şəbnəm Mehdizadə