- 25 May 15:14
Satılan mənzilin 30 kv/m ərazisi vergidən azad ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə qərar Vergilər Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Digər dəyişikliyə əsasən, fiziki şəxslərin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Demək, minimum 3 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğunuz mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində fiziki şəxslərdən sadələşdirilmiş vergi tutulmayacaq.