- 5 May 14:40
Şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması, ümumvətəndaş pasportunun itirilməsi və korlanması, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimələr haqqında.
Nəzərinizə çatdırım ki, əvvəllər şəxsiyyət vəsiqəsinin itirilməsinə və korlanmasına görə qanunda cərimə nəzərdə tutumuşdu. Qanunda dəyişiklik edildikdən sonra cərimə ləğv edildi lakin müddətdən asılı olmayaraq 10 manat rüsum əlavə edildi. Onu da qeyd edim ki, vətəndaşın bir aydan çox şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya 20 manat məbləğində cərimə nəzərdə tutulub. Hətda Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə 500 manatdan - 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Ümumvətəndaş pasportunun itirilməsi və korlanması ilə bağlı müddətdən asılı olmayaraq 10 manat rüsum əlavə edildi.
Çağrışçıların hərbi qeydiyyata alınma haqqında vəsiqənin və hərbi vəzifəlilərin hərbi biletin itirilməsi və korlanması halına gəldikdə isə qanuna əsasən xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə nəzərdə tutulmuşdu.
Mənbə : İnzibati Xətalar Məcəlləsi.
Maddə 565. Şəxsiyyət vəsiqəsi olmadan yaşama. Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə- xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
Maddə 607. Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi. Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.
Maddə 567. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi (dəyişdirilməsi) qaydalarının pozulması
567.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə - beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
567.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə - beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
567.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün dənizçidən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə - beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Rahim Abıyev
Hüquqşünas