"Kupça"sı olmayan mənzillər sığortaya görə cərimələnəcəkmi?

Bildiyimiz kimi, cari ilin yanvarın 1-dən Azərbaycanda daşınmaz əmlakın icbarı sığortalanması üzrə yığımlar başlanılıb və ödənilmədiyi halda cərimə nəzərdə tutulub


  • 10 Yanvar 2020 12:25

Bildiyimiz kimi, cari ilin yanvarın 1-dən Azərbaycanda daşınmaz əmlakın icbarı sığortalanması üzrə yığımlar başlanılıb və ödənilmədiyi halda cərimə nəzərdə tutulub. Eyni zamanda o da məlumdur ki, ölkədə mənzillərin əksəriyyətinin çıxarışı yoxdur. Bəs bu halda həmin mənzillər sığortaya görə cərimələnəcəkmi?

Məsələ ilə bağlı e-huquq.az-ın sualını vəkil Fuad Babaşov cavablandırıb. O deyib ki, "kupça"sı olmayan mənzillər cərimələnməyəcək: "Çünki çıxarışı olmayan əmlak Dövlət Reysteri Xidmətində qeydə alınmır. Bu halda nəyə əsasən cərimələnmə ola bilər?!"

Vəkil onu da deyib ki, sığorta şirkətləri çıxarışı olmayan evləri də sığortalayacağını vəd edib: "Ancaq onların bu işi hansı əsasla görəcəyini deyə bilmərəm".

Oxşar xəbərlər