Əlilliyi olan şəxsləri işə götürməyən müəssisə rəhbərliyini hansı cəza gözləyir?

Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin qarşılaşdığı əsas problemlərdən biri də onların işlə təmin olunması ilə bağlıdır


  • 10 Yanvar 2020 15:21

Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin qarşılaşdığı əsas problemlərdən biri də onların işlə təmin olunması ilə bağlıdır. Baxmayaraq ki, dövlət səviyyəsində həmin şəxslərə qayğı göstərilir, ancaq yenə də məsələ öz aktuallığını qorumaqdadır. Belə ki, bəzi müəssisə rəhbərləri əlilliyi olan şəxsləri işə götürməkdən imtina edirlər. Bəs qanunvericilikdə fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması ilə bağlı nə nəzərdə tutulur? Ümumiyyətlə, həmin şəxsləri işə qəbul etməyən müəssisə rəhbərliyi hansı məsuliyyəti daşıyır?

E-huquq.az xəbər verir ki, əlilliyi olan şəxslərin işə qəbulundən imtina onların hüquqları haqqında qanunun 21 və 22 maddəsinin pozulması, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Onların işlə təmin olunması üçün kvota ayrılmalı, daha sonra müvafiq icra hakimiyyətinin göndərişinə əsasən işlə təmin edilməlidirlər.

Müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Oxşar xəbərlər