- 25 May 15:14
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır.
ƏƏSMN-dən e-huquq.az-a verilən məlumata görə, nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir.
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:
Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.
2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.
