Valideyn öz övladından imtina edə bilərmi? - HÜQUQİ ŞƏRH


  • 13 Yanvar 2020 15:59

E-huquq.az-ın redaksiyasına ünvanlanan çoxsaylı suallardan biri də "valideyn öz övladından və ya övlad öz valideynindən rəsmən imtina edə bilərmi?" mövzusundadır.

E-huquq.az bu barədə verilən sualları nəzərə alaraq, vəkil Vüsal Səfərova müraciət edib.

Vəkil qeyd edib ki, belə hal qanunvericilkdə nəzərdə tutulmayıb. Yəni, valideyn heç bir halda övladından imtina edə bilməz: "Övladlar isə yetkinlik yaşına çatdıqdan sonra valideynlərindən imtina edə bilməz. Valideyn məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum edildiyi halda, öz valideynlik hüquqlarını itirir. Yəni, məhz valideyn və yaxud övladın ürəyi istədiyi vaxt valideynlikdən və ya övladlıqdan imtina etməsi mümkün deyil".

Oxşar xəbərlər