Azərbaycanda mediasiya sahəsindəki vəziyyət açıqlandı


  • 7 Sentyabr 2021 16:17

"Hazırda Bakı şəhərində 142, respublikanın digər bölgələrində isə 69 mediator fəaliyyət göstərir".

E-huquq.az xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

Onun sözlərinə görə, vətəndaşlar tərəfindən iyul-avqust aylarında Mediasiya Şurasına 1672 müraciət daxil olub ki, onlqardan 805-i Bakı şəhərinə, 867-si isə respublikanın digər rayonlarına aiddir.

N. Adilov qeyd edib ki, aparılan statistik təhlillərə əsasən, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etdikdə, işlərin təxminən yarısında barışıq əldə edilib: "Belə ki, Yasamal Rayon Məhkəməsində fəaliyyət göstərən və əhaliyə ödənişsiz mediasiya xidməti göstərən pilot mediasiya mərkəzində hər iki tərəfin iştirak etdiyi sessiyaların 50 faizi barışıqla nəticələnib. Eyni zamanda 102 aktiv mediator arasında keçirilmiş sorğu nəticəsində müəyyən edilib ki, hər iki tərəfin ilkin mediasiya sessiyasında iştirak etdiyi işlərin 44 faizində mübahisə mediasiya sessiyasında barışıqla nəticələnib".

Sevgül Qasımzadə

Oxşar xəbərlər