Mediasiya institutunun inkişafında vəkillərin rolu müzakirə edildi - FOTO


  • 26 Sentyabr 2022 16:57

Sentyabrın 22-də Bakı 11 saylı Mediasiya Təşkilatının mediatorları ilə "Femida" Vəkil Bürosunun vəkilləri arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüş zamanı mediasiya institutunun inkişafında vəkillərin rolu barədə fikir mübadiləsi aparılıb.

Bakı 11 saylı Mediasiya Təşkilatının rəhbəri Malik Rzayev göstərilən dəstəyə görə başda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov olmaqla, bütün vəkillərə təşəkkürünü bildirib

"Bu kimi tədbirlərin təşkil edilməsi onu deməyə əsas verir ki, mediatorlar və vəkillər bu məsələlərdə nəinki çox gözəl əməkdaşlıq qurub, hətta mövcud problemlərin həllinə daha fundamental yanaşmağı üstün tutublar. Mediatorlarla vəkillərin sıx və səmərəli əməkdaşlığı bundan sonra da davam edəcək və birlikdə məhkəmə-hüquq islahatlarına dəstək ola biləcək bütün vasitələr tətbiq ediləcək. Vəkillər və mediatorlar birgə böyük və həmrəy bir ailədir, hər birimiz bu ailənin üzvüyük və vətəndaş məmnunluğu bizim birgə həmrəyliyimizdən asılıdır", - deyə o qeyd edib.

Oxşar xəbərlər