Ali Məhkəmənin hakimi koronavirusdan vəfat etdi


  • 6 Yanvar 2021 09:56

Yeni növ koronavirus infeksiyasına yoluxan Ali Məhkəmənin hakimi İnqilab Nəsirov dünyasını dəyişib.

E-huquq.az xəbər verir ki, bir müddət öncə xəstəxanaya yerləşdirilən hakim bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər