“Elektron məhkəmə” sistemi ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA


  • 8 Avqust 2022 10:02

"Hazırda “Elektron məhkəmə” sisteminin fəaliyyətində heç bir dayanma yoxdur. Sistem tam şəkildə işləyir".

Bunu e-huquq.az-a açıqlamasında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O bildirib ki, hər hansı çətinliklə qarşılaşan şəxslər 880 nömrəsi ilə əlaqə saxlayaraq yaranmış problemin aradan qaldırılması üçün dəstək ala bilərlər.

Qeyd edək ki, Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər həyata keçirilir. Həmin işlərin birinci mərhələsi çərçivəsində 5, 6 və 7 avqust tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində dayanmalar olub.

Xəyalə Bünyatova

Oxşar xəbərlər