Ali Məhkəmə sabiq nazirin azadlığa buraxılması haqqında qərar çıxardı


  • 27 Sentyabr 2022 22:40

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, Ali Məhkəmə Vəli Ələsgərovun cəzası 7 il 2 ay 10 gün azaldılıb və üzərində qəti olaraq 6 il 9 ay 20 gün cəza saxlanılıb.Həmin cəza da çəkildiyi üçün məhkəmə onun azadlığa buraxılması haqqında qərar verib: "Qərarın icrası sabaha saxlanılıb. Sabah Vəli Əsgərov azadlığa buraxılacaq".

Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci - mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bir neçə gün əvvəl isə bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 - əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.

2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əsgərov 14 il azadlıqdan məhrum edilib. Naxçıvan Ali Məhkəməsi onum apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, ilk olaraq bu xəbəri "unikal.org" saytı yayıb.

Oxşar xəbərlər