Sumqayıt Şəhər Məhkəməsinin bir qrup əməkdaşı təltif edildi - FOTO


  • 1 Oktyabr 2022 21:08

Sumqayıt Şəhər Məhkəməsində sentyabr ayının yekunlarına dair iclas keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda çıxış edən məhkəmənin sədri Rəşad Mustafayev qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığın artırılması üzrə ardıcıl tədbirlər görülüb.

Sumqayıt Şəhər Məhkəməsində də şəffaflığın və əlçatanlığın təmin edilməsi daim diqqətdə saxlanılmış, bununla da məhkəmədə bir sıra nailiyyətlər əldə olunub. Eyni zamanda məhkəmə sədri yeni Məhkəmə Kompleksinin üstünlüklərindən söz açaraq qeyd edib ki, məhkəməyə müraciət imkanları daha da genişləndirilib, məhkəmənin fəaliyyətində şəffaflıq artırılıb, məhkəmə icraatının effektivliyi yüksəldilib, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunub, süründürməçilik və digər neqativ hallar aradan qaldırılıb.

Bundan başqa məhkəmə aktlarının hazırlanmasında və elektron məhkəmə sisteminə vaxtinda yerləşdirilməsində işçilərin böyük əməyi olduğunu vurğulanıb. Bunun nəticəsi olaraq Sumqayıt Şəhər Məhkəməsində yekun məhkəmə aktları əksər hallarda elan olunduğu gün, bəzi hallarda isə 3 iş günü ərzində elektron sistemə yerləşdirilib.

Əldə olunmuş müsbət nəticələrə görə məhkəmə sədri tərəfindən məhkəmənin bir sıra əməkdaşlarına təşəkkür elan olunub, onlar təltifləndirilib və xatirə şəkili çəkilib.

Sonda Sumqayıt Şəhər Məhkəməsinin hakimi, Kütləvi İnformasiya vasitələri ilə əlaqələrə məsul şəxs Azər İsmayılov çıxış edərək bildirib ki, vətəndaşlar tərəfindən sentyabr ayı ərzində məhkəməyə bir neçe müraciətlər daxil olmuş və bütün müraciətlər müsbət həll olunaraq vətəndaş məmnunluğu təmin edilib.

Oxşar xəbərlər