- 8 May 21:45
Yevlaxda evdən oğurluq etməkdə təqsirləndirilən Murad Səmədovun cinayət işin üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.
İş hakim Toğrul Əlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, rayon sakii M.Səmədov Əkşəm kəndində yerləşən fərdi yaşayış evindən nağd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurmaqda təqsirləndirilir. O, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. M.Səmədova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə