"Sumqayıt Texnologiyalar Parkı" 2 min manatadək cərimə edilə bilər


  • 11 Dekabr 2023 15:01

"Sumqayıt Texnologiyalar Parkı" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılovun sədrliyi ilə baxılacaq. Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin olunub.

Protokol təsdiq olunarsa, "Sumqayıt Texnologiyalar Parkı" min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər