- 4 İyul 21:16
"Quba Estetik Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. İş hakim Aydın Babayevin icraatına verilib.
Protokol təsdiq olunsa, mərkəz 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə