Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni tədbirlər müəyyən olunur


  • 7 Dekabr 2022 12:02

Azərbaycanda terrorçuluğun, bunun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyaları tətbiqinin hüquqi əsasları və qaydası müəyyənləşir.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar - terrorçuluğa va terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına va yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlardır.
Hədəfli maliyyə sanksiyaları sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya həmin fiziki şəxslərin və qurumlanın aktivlərinin dondurulması tədbirləridir.

Kütləvi qırğın silahlarının yayılmasının malliyyələşdirilməsi - nüvə, kimyəvi, bakterioloji (bioloji) va toksin silahların, eləcə də onların daşıyıcı vasitələrinin (müxtəlif manzilli ballistik va qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və əlaqəli materiallann (qeyri-qanuni məqsədlər üçün istifadə olunan texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla) Azərbaycan qanunvericiliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq istehsalı, elde edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi, habelə maliyyə xidmətlərinin təmin edilməsidir.

Oxşar xəbərlər